[email protected]

Nəsibə Əzizova

Amerikanın ilk qadın Nobel mükafatçısı- QERTİ KORİ

11 Fevral, 2024

Həyatı

Qerti Kori, 1896-cı ildə Praqada zəngin bir yəhudi ailənin uşağı olaraq dünyaya gəldi. Elmə və riyaziyyata olan marağını dəstəkləyən və tibb fakültəsinə müraciət etməyə təşviq edən pediatriya professoru əmisi onun erkən dəstəkçilərindən biri oldu. Universitet qadınların iştirakına icazə verdi, lakin qız məktəblərində latın dili, riyaziyyat, fizika və kimya fənləri olmadığı üçün qəbul imtahanından çox az qız keçə bildi. Kori sonralar “həyatımın ən çətin imtahanı” adlandırdığı imtahan üçün bir il sərf etdi və 1914-cü ildə 18 yaşında tibb fakültəsinə qəbul olmağa nail oldu.

Tibb fakültəsindən tibbi kəşfə

Qerti tibb fakültəsində həyatını dəyişdirəcək sevgi hissi ilə rastlaşdı- biokimya və Karl Koridə. Anatomiya dərsində tanış olan cütlük məzun olduqdan sonra Vyanaya köçdü və evləndi. Karl Vyana Universitetinin tibb klinikasında və Farmakologiya İnstitutunda işləmək imkanı əldə etdiyi halda, Gerti cinsinə görə yalnız Karolinen Uşaq xəstəxanasında assistent kimi işləyə bildi. 1922-ci ildə Karl Kori Buffalo, Nyu Yorkda Bədxassəli Xəstəliklərin Tədqiqi üzrə Dövlət İnstitutunda biokimya üzrə vəzifəyə yüksəldi. Yenə də Gerti, eyni dərəcəli və səviyyəli tədqiqat təcrübəsinə malik olsa da, köməkçi patoloq kimi daha aşağı bir vəzifə tutmalı oldu. Onların birgə işi üç il sonra başladı və bu müddət ərzində o, biokimyaçı köməkçisi təyin edildi.
Əvvəlcə 1920-ci illərdə Kori şişlərin metabolizması üzərində əməkdaşlıq edirdi. Daha sonra diqqətlərini karbohidrat mübadiləsinə yönəldib, bədənin enerjini necə əmələ gətirdiyini və saxladığını öyrəndilər. Bədənin daimi enerji mənbəyini necə saxladığı haqqında çox az şey məlum idi. 1936-cı ildə onlar şəkərin və ya qlükozanın əzələlərdə saxlandığı forma olan qlükoza törəməsi- qlükoza-1-fosfatı kəşf etdilər. “Kori esteri” kimi tanınan qlükoza çevrilmə prosesinin vacib hissəsidir. Onlar həmçinin “Kori ester”-də qlikogeni parçalayan ferment olan fosforilazanı müəyyən ediblər. Onların araşdırmalarına əsasən, əzələ glikogeninin (şəkərin əzələlərdə saxlandığı forma) laktik turşuya necə parçalandığı məlum oldu: qaraciyərə daşınır, burada qlükozaya çevrilir, sonra enerji mənbəyi kimi xidmət etmək üçün əzələlərə qayıdır.

Qertinin tanınması

Qerti Kori sonda istedadına layiq vəzifələrə yüksəldi. Sent-Luisdəki Vaşinqton Universitetində 1938-ci ildə elmi köməkçi professor, 1940-cı ildə isə elmi dosent vəzifəsinə təyin edildi. 1947-ci ildə cütlük “Qlikogenin katalitik çevrilməsi prosesini kəşf etdiyinə görə" “Fiziologiya və Tibb üzrə Nobel Mükafatı”-nı qazandı. Gerti uğurunu bu sözlərlə ifadə edirdi: “Həyatımın unudulmaz anları, illərlə sürən zəhmətdən sonra təbiətin sirrinin pərdəsinin birdən qalxıb, qaranlıq və xaotik anlayışların aydın və gözəl işıq və naxışda göründüyü nadir anlar idi.” Mükafat və nəhayət professorluq dərəcəsini aldıqdan sonra Kori metabolik prosesləri araşdırmağa davam etdi, yeni fermentləri, enzimatik funksiyaların hər yerdə olduğunu və müxtəlif xəstəliklərin mərkəzində olan ferment çatışmazlığını kəşf etdi. Cütlük bir çox mükafat alsa da, Qerti Korinin adı bunlardan kənarda qalıb. Bütün işləri əməkdaşlıq olsa da, həyat yoldaşının seçilməsindən səkkiz il sonra o, Milli Elmlər Akademiyasına seçilə bildi. Qerti 1948-ci ildə kimya sahəsində mükəmməlliyə görə qadınlara verilən “Cəmiyyətin Qərvan medalı”-na layiq görüldü.

Kəşflərə son verən xəstəlik

Ömrünün son on ili məhsuldar idi, lakin əməliyyatlar, qanköçürmə tələb edən və nəticədə sadəcə otaqdan otağa keçməsinə imkan verən sümük iliyi xəstəliyi olan miyelofibroza xəstəliyinə tab gətirdiyi üçün çətin keçdi. Kori 1957-ci ildə 61 yaşında elm sahəsindəki həyatına minnətdar olaraq vəfat etdi.

QERTİ KORİ OLMASAYDI, NƏ BAŞ VERƏRDİ ?

Dövrün bəlalarından sayılan diyabet xəstəliyi üçün müalicələrin bir çoxu onun və həyat yoldaşının karbohidrat araşdırmaları sayəsində inkişaf edir. Həmçinin Qerti Korinin insan orqanizminin necə işlədiyinə dair ən fundamental suallardan birinə cavab verərək hüceyrə enerjisinin saxlanması və sərbəst buraxılması prosesini aşkar etməsi beynimizdəki sual işarələrinə son qoyur. Bununla da, günümüzdə molekulyar kimyanın aydınlığı biologiyanın qeyri-şəffaf mexanizmlərinə tətbiq olunur.

ƏN ƏSASI İSƏ ONUN ELM YOLU BÜTÜN ELMLƏ MƏŞĞUL OLAN QADINLARA İLHAMDIR. O BUGÜN YAŞASAYDI, QADINLARA SƏSLƏNƏRDİ: “CİNSİNİZƏ GÖRƏ EDİLƏN AYRI SEÇKİLİK SİZİN ELMLƏ MƏŞĞUL OLMANIZA MANEƏ OLMASIN. SİZİ YAŞADAN ELMDİR, BUGÜN MƏNİ YAŞATDIĞI KİMİ.”


Müəllif Haqqında

Nəsibə Əzizova

Naxçıvan Dövlət Universiteti, Tibb fakültəsi, Medical, I kurs tələbəsi


Oxumağa davam edin

ELM YOLUNDA, ƏMİN ADDIMLARLA : Barbara McClintock

BƏHRİYYƏ MUSTAFAYEVA11 Fevral, 2024