[email protected]

Murad Həmidov

Ay`da gəzmək xəyal olardı... : Katerine Johnson

11 Fevral, 2024

Bir qadın düşünün hansı ki, 2015-də Barak Obama tərəfindən Prezident “Azadlıq” ordeni ilə mükafatlandırılmış, 2016-cı ildə NASA astronavtı Leland D. Melvin tərəfindən “Gümüş Snoopy” mükafatına və NASA qrupunun “Müvəffəqiyyət Mükafatına” layiq görülmüş, 2019-cu ildə Prezident Donald Trump tərəfindən “Konqresin Qızıl” medalı ilə təltif edilmişdir. Bundan başqa o, 2016-cı ildə çəkilmiş “Gizli fiqurlar” filmində baş qəhrəman kimi təsvir edilmişdir və onun adı 2016-cı ildə BBC-nin “Ən nüfuzlu 100 qadın” siyahısına, 2021-ci ildə Milli Qadınların Şöhrət Zalına (The National Women’s hall of Fame (NWHF)) daxil edilmişdir.

İçinizdə “bu qadın kimdi, bu qədər mükafat və məşhurluğu qazanacaq nə edib?” sualını verdiyinizi təxmin edirəm. Elə isə bu suallarınızı cavablayım.
Bu qadın Katerine Johnsondur (1918-2020). Johnson Amerikalı Astrofizik, kosmik alim və riyaziyyatçı qadın idi. O, NASA işçisi kimi orbital mexanika hesablamaları ilə ABŞ-ın ilk və sonrakı ekipajlı kosmik uçuşlarının uğuru üçün kritik rol oynayan Amerikalı riyaziyyatçı olmuşdur. NASA-da və onun sələfində 33 illik kariyerası ərzində o, mürəkkəb əl hesablamaları ilə şöhrət qazandı və missiyaları yerinə yetirməkdə kompüterlərdən istifadəyə rəhbərlik etdi. Johnsonun NASA alimi kimi işləyən ilk afro-amerikalı qadınlardan biri kimi tarixi bir rolu da vardır.

Katerine Johnson olmasa idi nə olardı?

K.Johnsonun bir çox fəaliyyəti olmuşdur. Onlara: ilk amerikalı astonavt Alan Shepard və orbitdəki ilk Amerikalı John Glenn və Apollo Ay modulu üçün görüşmə yolları da daxil olmaqla Merkuri Layihəsi çərçivəsində kosmik uçuşlar üçün trayektoriyaların, buraxılış pəncərələrinin və təcili dönüş yollarının hesablanması aiddir. Yəni o olmasa idi, yuxarıda sadalanan hadisələrin heç biri gerçəkləşməzdi. Hətta gerçəkləşmiş maraqlı bir fakt da vardır ki, NASA ilk dəfə Jon Glenin Yer ətrafında orbitini hesablamaq üçün elektron kompüterlərdən istifadə edəndə rəsmilər Johnsonu kompüterin nömrələrini yoxlamağa çağırıblar; Bunu Glenn xüsusi olaraq ondan xahiş etmişdi və Johnson hesablamaları təsdiqləməsə uçmaqdan imtina etmişdi. “Gizli fiqurlar” filmində də bu fakt əks olunmuşdur. Bir sözlə 101 illik uzun həyat yolunda o, heç də kiçik olmayan işlər görmüşdür. O olmasa idi, bəlkə də Neil Armstronqun Ay`a ayaq basması və Yer`ə sağ-salamat geri dönməsi mümkün olmazdı. Bunlardan başqa o, Mars layihəsində kosmik gəminin qonşu planetə uçuş trayektoriyasını və onun səthinə eniş üçün lazım olan bütün hesablamaları böyük bir elmi məqaləsində yazaraq bizə ən böyük miraslarından birini qoymuşdur.


Müəllif Haqqında

Murad Həmidov

Naxçıvan Dövlət Universiteti, Tibb fakültəsi, Tibb, III kurs tələbəsi