EMSA (European Medical Students Association - Avropa Tibb Tələbələri Assosiasiyası) Avropanın hər yerindən tibb tələbələrini təmsil edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Hazırda dünyanın 30-dan çox ölkəsində 120-dən çox tibb fakültəsində fəaliyyət göstərən EMSA, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar tərəfindən tanınır. EMSA Naxçvan EMSA ilə beynəlxalq əlaqəsi olan Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri və müəllim heyətinin dəstəyi ilə yaradılmış icmadır. Məqsədimiz tibb tələbələrinin hər mənada inkişafına töhfə vermək(workshop, elmi yazarlığı artırmaq, traininglər, tvininq proqramları, sosial proqramlar və.s) və universitetimizi Avropada təmsil etməkdir.
Tibb tələbələrini Avropada mobillik və mübadilə proqramlarında iştiraka yönəltmək. Tibb tələbələrini cəmiyyətdə insan hüquqlarını fəal şəkildə təşviq etmək və müdafiə etmək, eləcə də bütün Avropada səhiyyədə etik dəyərlər haqqında məlumatlılığı artırmaq. Tibb tələbələri; Yeni təhsil texnologiyalarını, təhsil fəlsəfəsini və peşəkarlararası əməkdaşlığı inkişaf etdirən tibbi təhsil sisteminin yaradılmasında iştirakın təşviq edilməsi. Tibb tələbələrini sağlamlığa təhlükə yaradan vəziyyətlər və psixi sağlamlıq haqqında ictimaiyyətin məlumatlılığını artırmağa və şüurlu həyat tərzi seçimlərini dəstəkləməyə təşviq etmək. Tibb tələbələri; İnsanları profilaktik tibb, sağlamlıq maarifləndirilməsi və kütlələr tərəfindən sağlam və aktiv həyat konsepsiyasının qəbul edilməsində qabaqcıl olmağa təşviq etmək. Tibb fakültəsinin tələbələrini təhsil və tədqiqat yolu ilə nəzəri və praktiki bacarıqlarını gücləndirməklə, tibb elminin dəyərini artırmaqla elmi məqalələr oxumağa və nəşr etməyə həvəsləndirmək
Platformamıza EMSA Naxçıvan tərəfindən hazırlanan podcastlara qulaq asa bilərsiz. Bundan əlavə EMSA Naxçıvanın Medianus dərgisini platformamızda oxuya bilərsiz. Tibb Tələbələri üçün mövzuların təhsilini daha asan etmək üçün hazırladığımız "Beyin Xəritələri" kimi ayrı-ayrı layihələrimizə baxa, həmçinin yükləyə bilərsiz. EMSA Naxçıvanın tərafdaşı olduğu və ya hazırladığı layihələrə, tədbirlərə baxa bilərsiz. EMSA Naxçıvanın planlaşdırıdığı növbəti layihələri, özünü-inkişaf tədbirləri və bir sıra digər elmi tədbirlərinə baxa, həmçinin qeydiyyat aktiv olduğu halda birbaşa saytımızdan qeydiyyatdan keçə bilərsiz. EMSA Naxçıvan üçün layihə təkliflərinizi, ideyalarınızı, irad və təkliflərinizi vebsaytımız vasitəsi ilə bizə göndərə bilərsiz. Əlavə olaraq, EMSA Naxçıvan idarə heyəti sayta giriş edərək İntranet portalımıza giriş əldə edə bilər, həmçinin işlərini elektron yerinə yetirə bilərlər. Xarici FMO-lar saytımızda Universitetimiz haqqında məlumat ala, qədim şəhər Naxçıvanı öyrənə bilər və tvininq təklifləriniz üçün bizə müraciət edə bilərsiz.
EMSA-da müxtəlif iş sahələrinin formalaşdırılması üçün 6 əsas sütun var: Tibb Elmi, İctimai Səhiyyə, Tibbi Etika və İnsan Hüquqları, Avropa İnteqrasiyası və Mədəniyyəti və Səhiyyə Siyasəti. Pillar ingilis dilində sütun deməkdir. Bu sütunlar EMSA-nın əsasını təşkil edir. EMSA Naxçıvan da bu sütunları özünə əsas alır.
İCTİMAİ SƏHİYYƏ
TİBB TƏHSİLİ
TİBB ELMİ
TİBB ETİKASI VƏ İNSAN HÜQUQLARI
AVROPA İNTEQRASİYASI VƏ MƏDƏNİYYƏTİ
SƏHİYYƏ SİYASƏTİ
EMSA Naxçıvan Tələbələrin yazarlıq qabiliyyətini və elmi fəaliyyətə olan marağını artırmaq üçün MEDİNUS Dərgisini qurmuşdur. MEDİNUS dərgisində, fakültənin akademiklərinin məqalələri və tələbə elmi işlərinin ışıqlandırlması, səhiyyədə son yeniliklər, EMSA Naxçıvanın gördüyü işlər haqqında məlumat illik və ya yarımillik olmaqla və.s mövzularda nəşr ediləcək.
EMSA Europe Haqqında Məlumatlandırıcı Video
Niyə EMSA ?